Polis Akademiyası ali təhsil müəssisələri arasında BİRİNCİ olub
"Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi" adlı hüquq viktorinasında Polis Akademiyası ali təhsil müəssisələri arasında BİRİNCİ olub
BAKU.WS xəbər verir ki, 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması, prokurorluq işçilərinin peşə bayramı və prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə 24 sentyabr 2025-ci il tarixində "Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi" adlı hüquq viktorinası keçirilib.
Tədbirin əsas məqsədi gənclərin hüquqi biliklərinin artırılması, konstitusiya və dövlət suverenliyi mövzularında maarifləndirilməsi, analitik düşüncə bacarıqlarının inkişaf etdirilməsi, həmçinin hüquq-mühafizə orqanları ilə ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi olub.
Viktorinada Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Gömrük Komitəsi Akademiyası, Fövqəladə Hallar Nazirliyi Akademiyası, Milli Aviasiya Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Qarabağ Universiteti, ADA Universiteti və Heydər Əliyev adına Hərbi İnstitutun tələbə və kursantları iştirak ediblər.
Viktorinada komandalar iki mərhələdə biliklərini sınayıblar. Yarışın yekun nəticələrinə əsasən Daxili İşlər Nazirliyinin Polis Akademiyası birinci yerə layiq görülüb.
Bütün iştirakçılar sertifikatlarla təltif olunub, qalib komandalar isə xüsusi mükafatlarla qiymətləndirilib.
Qalereya
Oxşar xəbərlər
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda beynəlxalq konfrans keçirilir
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Pezeşkian Türkiyəyə yola düşüb
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













