Dərnəgül tikinti bazarının köçürüləcəyi yer bəlli oldu
Aldığımız məlumata görə, Dərnəgül tikinti bazarında fəaliyyət göstərən sahibkarları qəbul etmək üçün "Abşeron" Ticarət Mərkəzində bütün müvafiq şərait yaradılıb. Ticarət mərkəzində hazırda tam aktiv olan və yüksək alıcı axınına malik taxta-metal bazarının sahəsi genişləndirilərək 200 hektara çatdırılacaq.
Kompleks ərazisindəki emalatxanalar, taxta və metal materialların satışı üçün ayrılmış yerlər sahibkarlara bizneslərini rahatlıqla "Abşeron" Ticarət Mərkəzinə köçürmək imkanı verəcək.
Regionlara, Bakı şəhərinin mərkəzinə və ətraf ərazilərinə rahat və maneəsiz çıxış imkanları "Abşeron" Ticarət Mərkəzinin üstünlüklərindən biridir. Ticarət Mərkəzində həmçinin müştərilərin pulsuz və rahat parkinq etmələri üçün geniş ərazilər fəaliyyət göstərməkdədir.
"Abşeron" Ticarət Mərkəzi Dərnəgül ərazisindən köçəcək sahibkarlara təhlükəsiz, sığortalanmış biznes fəaliyyəti təmin edir. Ərazidə yerləşən bütün mağaza və anbarlar "Abşeron" Ticarət Mərkəzi tərəfindən tam şəkildə sığortalanır. 7/24 təhlükəsizlik nəzarəti ilə təmin olunan ərazidə yanğından mühafizə ilə bağlı bütün qabaqlayıcı tədbirlər görülüb.
Qeyd edək ki, Lökbatan qəsəbəsində yerləşən "Abşeron" Ticarət Mərkəzi 2022-ci ildən fəaliyyətə başlayıb. Qısa müddət ərzində alıcı və sahibkarların rəğbətini qazanan ticarət mərkəzi bugün Azərbaycanda tikinti materiallarının satışı üzrə ixtisaslaşan ən böyük ticarət obyektidir.
Qalereya
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub - YENİLƏNİB-2
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb













