Sahib Ələkbərov: "SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkmənistanda yataqların işlənilməsi layihələrinə maraq göstərib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Türkmənistanın Avaza şəhərində keçirilən Türkmənistan İnvestisiya Forumunda (TIF 2025) çıxışı zamanı bildirib.
Nazir müavini elektroenergetika sahəsində əməkdaşlığın perspektivli olduğunu vurğulayaraq, Azərbaycanın türkmən elektrik enerjisinin tranzitini təmin etməyə hazır olduğunu qeyd edib. Onun sözlərinə görə, tərəflər Mərkəzi Asiyanın "yaşıl enerji"sini Avropa bazarlarına birgə çıxarmaq imkanlarını nəzərdən keçirirlər.
S.Ələkbərov iki ölkənin qarşılıqlı əlaqələrinin Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafında və Orta Dəhlizin səmərəliliyinin artırılmasında mühüm rol oynadığını da diqqətə çatdırıb. O, avqust ayında Türkmənistanda keçirilmiş üçtərəfli görüşü xatırladaraq bildirib ki, həmin görüşdə Azərbaycan və Türkmənistan beynəlxalq hava əlaqələrinin inkişafı barədə memorandum imzalayıb.
Onun fikrincə, bu sənədin icrası ölkələr arasındakı münasibətləri daha da möhkəmləndirəcək, Xəzər üzərindən birbaşa hava körpüsü isə işgüzar, turizm və qonaq səfərlərinin genişlənməsinə şərait yaradacaq. Nazir müavini qeyd edib ki, belə rahat hava marşrutuna sərnişinlər arasında böyük tələbat olacaq.
Nəqliyyat mövzusuna toxunan S.Ələkbərov vurğulayıb ki, Azərbaycan və Türkmənistanın logistik əlaqələri yalnız bu iki ölkə üçün deyil, bütövlükdə Xəzəryanı region və qitənin digər dövlətləri üçün də faydalıdır. Onun sözlərinə görə, bu istiqamətdə fəal əməkdaşlıq investisiya mühitində mühüm dəyişikliklərə yol açacaq və nəzərəçarpan nəticələr əldə etməyə imkan verəcək.
Qeyd edək ki, cari ilin ilk 7 ayında Azərbaycan və Türkmənistan arasında tranzit daşımaların həcmi 1 milyon tonu ötüb. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 13 % çoxdur. Yüklərin 76 %-i dəmir yolu ilə daşınıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Türkmənistan liderinin səfəri – Azərbaycanla əlaqələrdə yeni mərhələ - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













