Bu gün Milli Məclisin payız sessiyası başlayıb
Far.Az xəbər saytı

Bu gün Milli Məclisin payız sessiyası başlayıb


Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclası başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki,spiker Sahibə Qafarova sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sədr bildirib ki, parlament ötən sessiyanı uğurla başa vurub, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görülüb.

Qeyd edək ki, bugünkü plenar iclasın gündəliyində 27 sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı və 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı daxil olmaqla, ümumilikdə, 12 məsələ yer alıb.

Xatırladaq ki, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

***08:00

Bu gün Milli Məclisin 2025-ci il payız sessiyası işinə başlayır.

BAKU.WS xəbər verir ki, sessiyanın ilk plenar iclasının gündəliyinə 12 məsələ daxil edilib.

Qeyd edək ki, parlamentin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Oxşar xəbərlər

27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər