Thabit Ahmed: Fransa beynəlxalq hüquqa qarşı çıxaraq öz işğal siyasətini davam etdirir
Fransa beynəlxalq hüquqa qarşı çıxaraq öz işğal siyasətini davam etdirir.
“Far.Az” xəbər verir ki, bunu Qəmər Adaları İttifaqının rəsmisi Thabit Ahmed Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda “Qəmər adalarında Fransanın müstəmləkəçilik tarixinə baxış” mövzusunda çıxış edərkən deyib.
O qeyd edib ki, bu gün Fransa Qəmər adalarında öz müstəmləkə siyasətini davam etdirmək istəyir:
“Fransa bizim ərazimizdə dövlət çevrilişinə cəhd göstərib. Mayotdakı Fransa təmsilçiliyi ərazi bütövlüyünə təhdid yaradır. Fransa qeyri-qanuni şəkildə ərazidə müstəmləkə siyasətini davam etdirir”.
T.Ahmed vurğulayıb ki, ərazidə mövcud olan qaz və digər təbii ehtiyatlar Fransanın adaya marağını daha da artırıb, eyni zamanda, siyasi müdaxilələrinin güclənməsinə yol açıb:
“Bütün beynəlxalq qətnamələrə baxmayaraq, Fransa BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmətsizlik edir. Fransa hakimiyyəti özünün müstəmləkə siyasətini qanuniləşdirməyə çalışır".
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
BTQ-nin təşəbbüsü ilə keçirilən konfransda “Mayot mübarizəsi” adlı videomaterial nümayiş etdirilib
Müstəmləkəçiliyə qarşı əzmli mübarizə: Bakıda Boneyra adası ilə bağlı keçirilən tədbirin mahiyyəti - ŞƏRH
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Bakıya gəlmək istəyən erməni tankları













