UEFA "Qalatasaray"ı 68250 avro cərimələyib
Far.Az xəbər saytı

UEFA "Qalatasaray"ı 68250 avro cərimələyib


UEFA Türkiyənin "Qalatasaray" klubunu 68 250 avro cərimələyib.

Far.Az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna Almaniyada "Ayntraxt" (Frankfurt) komandasına qarşı UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda yaşananlar səbəb olub.

"Sarı-qırmızılar" azarkeşlərin atəşfəşanlıq etməsinə görə 18 000, meydana yad əşya atması ucbatından 35 250 avro ödəməli olacaq.

İstanbul təmsilçisi digər iğtişaşlara görə isə 15 000 avro ziyana düşüb.

Qeyd edək ki, qarşılaşma "Qalatasaray"ın məğlubiyyəti ilə bitib - 1:5.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Almaniyada bakılı polisindən maraqlı AÇIQLAMALAR - Son zamanlar...
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər