Azərbaycanda oyunların keçirildiyi neçə stadion var? – RƏSMİ CAVAB
Azərbaycanda, xüsusilə də Bakıda futbol üçün nəzərdə tutulmuş çoxsaylı meydançalar fəaliyyət göstərir.
Far.Az-in məlumatına görə, onların bir qismi rəsmi oyunların keçirilməsi üçün istifadə olunsa da, digərləri əsasən məşqlər və yerli həvəskarlar üçündür.
Son illərdə isə regionlarda futbol infrastrukturunun gücləndirilməsi istiqamətində addımlar atılır – yeni meydançalar salınır, mövcud stadionlar təmir olunur və gənclərin futbola marağını artırmaq üçün layihələr həyata keçirilir.
Maraqlıdır ki, paytaxt və regionlarda neçə futbol meydançası var və onlardan neçəsində futbol oyunları keçirilir?
AFFA-nın infrastruktur departamentinin rəhbəri Fuad Cəfərov Far.Az-ə bildirib ki, 2024-cü ildə Gəncə şəhərində Kəpəz PFK məşq mərkəzi və futbol akademiyası və 2 ədəd təbii örtüklü məşq meydanı inşa olunub:
"Ağsu şəhər stadionun süni ot örtüyü ən son FIFA standartlarına cavab verən yeni süni ot örtüyü ilə əvəzlənib. 2023-cü ildə Mingəçevir şəhər stadionunda yeni süni məşq meydanı salınıb. Gəncə şəhər stadionu, Xankəndi şəhər stadionu və Ağdam şəhər stadionu Gənclər və İdman Nazirliyi tərəfindən tikilib. 2021-ci ildə isə AFFA tərəfindən Şamaxı şəhər stadionu inşa edilib.
Hazırda ölkədə 30 stadion var və bu futbol meydançalarında Premyer Liqa, birinci və ikinci liqa oyunları keçirilir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"













