

Saxta orden və medal təsis edən QHT sədrləri cinayət məsuliyyətinə cəlb ediliblər
Saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satan şəxslər müəyyən olunublar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz fəaliyyətlə məşğul olan - "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, "Dədə Qorqud" Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və "Sabitlik və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılıblar.
Bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1 500-dən çox medal və orden, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhür və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb, F.Rzaquliyev, E.İsmayılov və R.Məmmədov istintaqa cəlb olunublar.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
Sosial şəbəkələr vasitəsilə qanunsuz nərə balığı və kürüsü satan şəxslər ƏLƏ KEÇDİ
QHT Agentliyi 2026-cı il üzrə qrant müsabiqələri elan edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Barselona" böyük hesabla məğlub oldu
-
FHN-in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə edib
-
İdman zallarında gizlənmiş risklər - Sağlamlığımızı qoruyarkən həyatımızı itirməmək üçün nə etməliyik?
-
Sənədsiz evlər problemi: Yüzlərlə ailə çıxarış gözləyir
-
Vətən müharibəsi iştirakçısı 27 yaşında vəfat etdi
-
Xalq artisti: "Bir gün hər şeyi itirəcəksən"