AİİB Bakı metrosunun "Yaşıl Xətt"inə 1 milyard dollara qədər yatırım edir
Far.Az xəbər saytı

AİİB Bakı metrosunun "Yaşıl Xətt"inə 1 milyard dollara qədər yatırım edir


Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) "Bakı Metropoliteni" QSC-nin maliyyələşdirməsi birinci mərhələdə "Yaşıl xətt"in tam potensialını üzə çıxartmağa yönələcək.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu sözləri AIIB-in dövlət sektoru (2-ci region), layihə və korporativ maliyyə müştəriləri üzrə baş investisiya direktoru Konstantin Limitovski bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində 1 milyard ABŞ dollarına qədər dövlət zəmanəti ilə təmin edilmiş vəsait nəzərdə tutulub.

Limitovski bildirib ki, bu maliyyələşdirmə iki əsas mərhələdə həyata keçiriləcək.

Birinci mərhələ layihəsi metronun ötürmə qabiliyyətini artırmağa və sərnişin komfortunu yüksəltməyə xidmət edəcək. Bu çərçivədə "Dərnəgül" və "Xocasən" depolarının genişləndirilməsi və tamamlanması əsas hədəfdir. Eyni zamanda, stansiyalarda havanın təmizliyinə, təhlükəsizliyə və perronların rahatlığına sərmayə qoyulacaq. "Yaşıl xətt" üzrə bir sıra stansiyaların yenilənməsi də planlaşdırılır.

İkinci mərhələdə isə dəstək daha da genişlənərək "Yaşıl xətt" "Xətai" stansiyasından "Həzi Aslanov" stansiyasına qədər uzadılacaq.

K.Limitovski vurğulayıb ki, bu genişləndirmə nəticəsində yollarda tıxaclar azalacaq və Bakının dayanıqlı şəhər inkişafı modelinə transformasiyasına mühüm töhfə veriləcək.

O əlavə edib ki, bu, sadəcə nəqliyyat problemi deyil, həm də gələcək nəsillər üçün təhlükəsiz və əlçatan nəqliyyat imkanlarının, yeni imkanların yaradılması deməkdir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
AIFC-nin idarəedici direktoru: “Azərbaycan "yaşıl maliyyələşmə" üzrə regional liderə çevrilə bilər” - MÜSAHİBƏ
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər