İnsanlar niyə yuxuya gedərkən diksinir?
Bir çox insan hiss edir ki, bədən rahatlamağa başlayanda və şüur yuxuya keçid edərkən qəfil titrəmə və ya diksinmə baş verir. Bu hiss sanki yıxılmaya və ya gözlənilməz hərəkətə bənzəyir, bəzən insan həmin an qısa müddətə oyanır. Bu hal hipnik diksinmə adlanır.
Far.Az xəbər verir ki, bu, sinir sisteminin yuxuya keçid zamanı xüsusilə aktiv işləməsi ilə bağlıdır. Əzələlər tədricən boşalır, nəfəsalma yavaşıyır, nəbz azalır. Beyin isə bunu mümkün təhlükə siqnalı kimi qəbul edir və sanki "hər şey qaydasındadırmı?" – deyə yoxlayır. Bu "nəzarət"ə cavab olaraq bədən qəfil diksinə bilər.
Alimlər hesab edirlər ki, hipnik diksinmələr insana qədim əcdadlarından qalıb. O zaman ağaclarda və ya vəhşi təbiət şəraitində yatmaq təhlükəli idi, bu cür impulslar isə bədənin mövqeyini itirdiyi anda insanın tez ayılmasına kömək edirdi.
Ən çox diksinmələr stres yaşayan, həddindən artıq yorğunluqdan əziyyət çəkən, çoxlu kofein qəbul edən insanlarda müşahidə olunur. Yuxusuzluq da bu halın ehtimalını artırır. Çox vaxt bu hərəkətlər sağlamlıq üçün təhlükə daşımır və orqanizmin normal reaksiyası sayılır.
Əgər diksinmələr çox tez-tez baş verirsə, yuxuya mane olursa və ya başqa xoşagəlməz hisslərlə müşayiət olunursa, həkimə müraciət etmək lazımdır. Çünki bu, bəzən sinir sistemi pozğunluqları və ya müəyyən mikroelementlərin çatışmazlığı ilə bağlı ola bilər.
Beləliklə, gecə diksinmələri – normal şəraitdə narahatlığa səbəb olmayan, orqanizmin təbii müdafiə reaksiyasıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Uğurlu insanların səhər vərdişləri - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib













