Azərbaycan əhalisinin borclanma səviyyəsi 4 faiz bəndi artıb
Bu ilin II rübündə Azərbaycan əhalisinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksi əvvəlki illə müqayisədə 4 faiz bəndi artaraq 23 % təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Kreditləşmə fəaliyyətinə dair sorğu”sunda bildirilib.
Məlumata görə, bu, I rüb ilə müqayisədə isə 2 faiz bəndi artıb.
Sorğuya əsasən, respondent bankların 75 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 25 %-i isə orta dərəcədə artım olduğunu bildirib.
Qeyd edək ki, əhalinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksinin ən yüksək göstəricisi 2022-ci ilin II rübündə (29 %) olub.
Xatırladaq ki, bu il avqustun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 27 milyard 268,5 milyon manat təşkil edib. Bu, aylıq müqayisədə 1 %, ilin əvvəlinə nisbətən 13,7 %, illik müqayisədə isə 23,7 % çoxdur.
Kredit qoyuluşunun 19 milyard 058,3 milyon manatı və yaxud 69,9 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 13,9 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 6 milyard 636,4 milyon manat təşkil edib. Bu, illik müqayisədə 43,2 % çoxdur.
İyulun sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 milyard 573,8 milyon manat olub. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur.
Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 55-dir.
Oxşar xəbərlər
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
AMB: "Dollar satışında məhdudiyyətlərin mövcudluğu ilə bağlı xəbərlər reallığı əks etdirmir" - MÜSAHİBƏ
Sentyabr ayının hava proqnozu açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
BMT: Livan qaçqınlarının bir qismi evlərinə qayıdıb
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
"Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO













