Muğan rayonlarında bu il pambıq yığımı hava şəraitinə görə gec başlayıb
Far.Az xəbər saytı

Muğan rayonlarında bu il pambıq yığımı hava şəraitinə görə gec başlayıb


Muğan bölgəsinin Biləsuvar və İmişli rayonlarında pambıq tarlalarında yığıma başlanılıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, yığım əsasən maşınlarla aparılır.

Fermerlərin sözlərinə görə, pambıq kollarının yarpaqlarının tökülməsi məqsədilə əvvəlcə defolvasiya işləri görülüb. Bu il ötən illə müqayisədə hava şəraitinə görə yığım bir həftəyə yaxın gecikib.

Qeyd edək ki, bu il Biləsuvar rayonunda 9 865 hektar sahədə, İmişli rayonunda isə 7 898,9 hektar sahədə pambıq əkilib. Ötən il isə Biləsuvar rayonunda 6 915,8 hektar sahədə, İmişli rayonunda 7 033,7 hektar sahədə pambıq becərilib.

Hazırda məhsul yığımı davam edir.

Oxşar xəbərlər

Cəlilabadda pambıq tarlalarında məhsul maşınlarla yığılacaq
Cəlilabadda pambıq tarlalarında məhsul texnikalarla yığılacaq
Salyanın pambıq tarlalarında məhsulun 95 faizi maşınlarla yığılacaq
Cəlilabadda pambıq yığımı başlayıb, məhsuldarlığın ötən ilə nisbətən artacağı proqnozlaşdırılır 
Cəlilabadda pambıq yığımı yekunlaşıb, bu il məhsuldarlıq yüksək olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər