Çin-Azərbaycan ortaq müəssisəsi elektrik avtobuslarının istehsalına başlayıb
Far.Az xəbər saytı

Çin-Azərbaycan ortaq müəssisəsi elektrik avtobuslarının istehsalına başlayıb


Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən elektrik avtobuslarının istehsalı müəssisəsində bu ilin sonunadək 300 avtobusun istehsalı planlaşdırılır.

Far.Az report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov bildirib.

Onun sözlərinə görə, bu avtobuslardan 200-ü Bakı üçün, 60-ı Naxçıvan üçün, 40-ı isə Qarabağ regionu üçün nəzərdə tutulur:

"Avtobuslar 9, 10 və 12 metrlik ölçülərdə olacaq. 9 metrlik avtobuslar əsasən Naxçıvanda, 12 metrliklər Bakıda, 10 metrliklər isə işğaldan azad olunmuş ərazilərdə istismar ediləcək", - deyə o qeyd edib.

Xatırladaq ki, avtobuslar Çin-Azərbaycan ortaq müəssisəsi olan "Azerbaijan Energy Automotive Factory"də istehsal olunur.

Müəssisə sentyabrın sonunda fəaliyyətə başlayıb.

Oxşar xəbərlər

Sumqayıt Sənaye Parkında istehsal olunan ilk elektrik avtobusu "BakuBus"a təqdim olunub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər