Mənzil bazarında qiymətlər kəskin artıb
Far.Az xəbər saytı

Mənzil bazarında qiymətlər kəskin artıb


Son 5 il ərzində Azərbaycanda ilkin və təkrar bazarda mənzil qiymətləri 46 % artıb.

Far.Az Xəzər TV-yə istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bankın yarımillik "Maliyyə Sabitliyi Hesabatı"nda məlumat verilib.

Mövzu ilə bağlı danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, əmlak bazarında mütəmadi qiymət artımları müşahidə olunur. Həm ilkin, həm də təkrar bazarda mənzil qiymətləri yüksəlməkdə davam edir.

Ekspertin sözlərinə görə, 2020-ci ildən etibarən ipoteka kreditlərinin həcmi artsa da, 2023-cü ildən bu artım tempində müəyyən azalma qeydə alınıb.

Elnur Fərzəliyev bu azalmanı həm tələb, həm də təklif amilləri ilə əlaqələndirib. Onun sözlərinə görə, İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən kreditlərin limitli olması, eləcə də bankların maliyyələşmə strukturu onların öz vəsaitləri hesabına ipoteka kreditləşməsi imkanlarını məhdudlaşdırır.

Hazırda bazarda mənzillərin satış qiymətləri artmaqda davam edir, bu da xüsusilə tikinti materiallarının bahalaşması və yeni layihələrə tələbin yüksək olması ilə izah edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Kredit kartlarına yeni limit qoyuldu - Sərt qaydalar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Problemli kreditlərdən necə xilas ola bilərik?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər