

Sumqayıtda sahibkar evinə diktofon yerləşdirdi, arvadını 18 bıçaq zərbəsi ilə qətlə yetirdi
Sumqayıt şəhərində sahibkar kişi ona xəyanət etdiyini düşünən həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində baş verib.
İttihama görə, 1989-cu il təvəllüdlü Azər Babayev (ad və soyad şərtidir) şəhər ərazisində avtomobil kirayəsi ilə məşğul olub. Onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Samirə Babayeva (ad və soyad şərtidir) isə evdar qadın olub. Cütlüyün birgə nigahdan 3 övladları olub.
Bir müddət ər-arvad arasında normal münasibət olsa da, sonradan Azər həyat yoldaşından şübhələnib. O, Samirə Babayevanın telefonunun "WhatsApp" mesencerini öz mobil telefonuna yönləndirib və qadını izləyib. Səhəri gün o, başqa bir kişinin Samirəyə görüş barədə yazdığını görüb. O, bu barədə Samirəyə heç nə deməyib. Bir müddətdən sonra mesaj silinib. Azər bu barədə həyat yoldaşına desə də, Samirə hadisəni etiraf etməyib.
Azər növbəti gün öz mobil telefonunun səsyazma proqramını aktiv edərək, telefonu evin girişindəki dolabın üstünə qoyub, evdən çıxıb. Telefon evdə iki gün bütün səsləri qeydə alıb.
İki gündən sonra telefonu götürən Azər səs yazılarına qulaq asanda, evə başqa kişinin gəldiyindən əmin olub.
O gecə saat 3 radələrində həyat yoldaşını oyadaraq həmin səsin kimə məxsus olduğunu soruşsa da, Samirə heç nəyi etiraf etməyib.
Azər üzərindəki bıçaqla Samirəyə 18 bıçaq zərbəsi endirərək onu qətlə yetirib. O, daha sonra könüllü şəkildə polisə təslim olub və hadisəni etiraf edib.
Polis əməkdaşları A.Babayevi saxlayıb istintaqa təhvil veriblər.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Babayev 18 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Rəqqasə Asena həyat yoldaşından buna görə boşanır
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Kişi arvadını və intim əlaqədə olduğu ustanı öldürdü - Cinayətin TƏFƏRRÜATI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı Ali Neft Məktəbi 36 Prezident təqaüdçüsü ilə lider və ölkə rekordçusu olub
-
Xankəndidə III MDB Oyunları zamanı polis əməkdaşları fasiləsiz xidməti davam etdirir
-
Azərbaycan Türkiyədən meyvə-tərəvəz məhsulları idxalına çəkdiyi xərci 10 %-ə yaxın azaldıb
-
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
-
Gəncə terrorunda gözlərini itirən qadın başına gələnləri danışdı: "Qoymayın ölüm, qızlarım var"
-
Şəmkirdə qadın "Prius"u aşırdı: 6 nəfər XƏSARƏT ALDI