Sumqayıt Sənaye Parkında istehsal olunan ilk elektrik avtobusu "BakuBus"a təqdim olunub
Sumqayıt Sənaye Parkında "BYD" "Azerbaijan Energy Automotive Factory" MMC-nin istehsal etdiyi ilk elektrik avtobusu "BakuBus" MMC-yə təqdim olunub.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.
Azərbaycan Prezidentinin 2023-cü ildə imzaladığı "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında" Sərəncama uyğun olaraq ölkədə ekoloji təmiz nəqliyyat vasitələrinin istehsalı və istifadəsi genişləndirilir.
Artıq Sumqayıt Sənaye Parkında yerləşən "Azerbaijan Energy Automotive Factory"də (AEAF) istehsal prosesinə başlanılıb və artıq ilk avtobuslar SKD üsulu ilə yığımdan çıxıb.
İlk tam elektrik avtobusun "BakuBus" MMC-yə təqdim edilməsi ilə bağlı keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Çinin Azərbaycandakı səfiri Lu Mey, "BYD" şirkətinin baş direktoru Tian Çunlonq, "BakuBus" MMC-nin direktoru Şahin Həsənov və digər aidiyyəti şəxslər iştirak edib.
Çıxışlarda layihənin nəqliyyat sektorunda yeni mərhələnin başlanğıcı olduğu, sənaye potensialını, texnologiya transferini və insan kapitalını gücləndirdiyi vurğulanıb. Bildirilib ki, bu, Azərbaycanın yaşıl enerji və yaşıl nəqliyyat siyasətinin mühüm hissəsidir və Azərbaycan-Çin əməkdaşlığının uğurlu nümunəsidir.
Bildirilib ki, ilk istehsal olunan 12 metrlik avtobus 82 sərnişin tutumuna malikdir və bir dəfə şarjla 350 km məsafə qət edə bilir. Gələcəkdə müxtəlif tutumlu modellərin, həmçinin paralel olaraq yük, kommunal və minik avtomobillərinin istehsalı istiqamətində təşəbbüslər reallaşdırılacaq.
Bu təşəbbüslər Azərbaycanın regionda ekoloji təmiz və dayanıqlı nəqliyyat sahəsində mövqeyini gücləndirir. Qeyd edək ki, "Azerbaijan Energy Automotive Factory" İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin inkişafı Fondunun, "SARDA Group" və "BYD"nin birgə təşəbbüsü ilə yaradılıb.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev "BakuBus" MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
Azərbaycan - Fransa: Millimiz 1:3 hesabı ilə məğlub oldu
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
-
Ölkəyə gələn turistlərin sayı niyə azalıb? - Bahalı səfər, artıq xərc
-
Xəzər dənizinin sahəsi 36 000 kvadrat kilometrdən çox azalıb
-
Əraqçı: "İran uranın zənginləşdirilməsini dayandırıb"













