Bacısına qarşı hissləri qardaşın ağlını başından aldı - Gizli görüşlərin qanlı sonu
Bakıda dəhşətli cinayət hadisəsi qeydə alınıb. Qardaş öz bacısını iş yoldaşı olan sevgilisi ilə birlikdə görərək avtomobili onların üzərinə sürüb. Nəticədə bir gənc hadisə yerindəcə həyatını itirib.
Hadisəyə səbəb olan ilkin mübahisənin təfərrüatı məlum olub.
Məlumata görə, valideynlərini itirən Xəyal və Nəzakət adlı (adlar şərtidir) bacı və qardaş birlikdə yaşayırdılar.
Mebel mağazasında çalışan Nəzakətin həmin mağazanın əməkdaşı Mehdi ilə (ad şərtidir) münasibətləri olub.
Bildirilir ki, Xəyal bacısının Mehdi ilə yazışdığını aşkar etdikdən sonra aralarında mübahisə yaranıb. Nəzakət hər hansı bir xoşagəlməz addım atmadığını bildirsə də, hadisədən bir gün sonra Xəyalın bacısına "hər şey adət-ənənəyə uyğun olmalıdır" deməsi ilə gərginlik davam edib.
Cinayət hadisəsi Nəzakətin və Mehdinin iş vaxtları bitdikdən sonra baş verib. Xəyal avtomobillə müştərini ünvana çatdırıb geri qayıdarkən, bacısı Nəzakəti və Mehdini yol kənarında birlikdə addımlayarkən görüb.
Bu mənzərəni görən Xəyal avtomobili qəsdən onların üzərinə sürüb. Zərbə nəticəsində Mehdi hadisə yerindəcə ölüb, Nəzakəti isə xilas etmək mümkün olub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb və hadisəni törədən şəxs saxlanılıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Əhmədin DƏHŞƏTLİ ETİRAFLARI: "Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
-
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir













