III MDB Oyunları: Azərbaycanın 12 cüdoçusu finala yüksəlib
Far.Az xəbər saytı

III MDB Oyunları: Azərbaycanın 12 cüdoçusu finala yüksəlib


Azərbaycanın 12 cüdoçusu III MDB Oyunlarında finala vəsiqə qazanıb.

Far.Az report-a istinadən xəbər verir ki, onlardan 7-si oğlan, 5-i qız idmançılardır.

Oğlanlardan Məhəmmədəli Hüsiyev (55 kq), Zeyd Ələsgərov, Röyal Qayıbov (hər ikisi 60 kq), Hüseyn Hüseynov, Fəxri Sahibzadə (hər ikisi 66 kq), Məhəmməd Ağakişiyev (81 kq), Sübhan Axundov (+90 kq), qızlardan Sunay Salamova (40 kq), Gülşən Hüseynova (44 kq), Könül Eyvazlı (48 kq), Nərmin Ağamirzəzadə (52 kq) və Nəzakət Vəliyeva (57 kq) həlledici raunda yüksəliblər.

***11:43

Azərbaycanın doqquz cüdoçusu III MDB Oyunlarında finala vəsiqə qazanıb.

Far.Az report-a istinadən xəbər verir ki, Nərmin Ağamirzəzadə (52 kq), Nəzakət Vəliyeva (57 kq) və Röyal Qayıbov (60 kq) da qızıl medal uğrunda görüşə çıxacaqlar.

Daha əvvəl altı cüdoçu finala yüksəlib.

Azərbaycanın altı cüdoçusu III MDB Oyunlarında finala vəsiqə qazanıb.

Far.Az report-a istinadən xəbər verir ki, Məhəmmədəli Hüsüyev (55 kq), Sunay Salamova, Zeyd Ələsgərov (60 kq), Gülşən Hüseynova (44 kq), Hüseyn Hüseynov və Fəxri Sahibzadə (hər ikisi 66 kq) bu raundadək irəliləyə bilib.

Qeyd edək ki, bu gün start götürən cüdo yarışları sabah başa çatacaq.

Oxşar xəbərlər

Azərbaycan üzgüçüsü III MDB Oyunlarında qızıl medal qazanıb
III MDB Oyunları: Azərbaycanın doqquz cüdoçusu finala vəsiqə qazanıb
III MDB Oyunları: Azərbaycanın 5 idmançısı oxatma yarışlarında 1/8 finala yüksəlib
Azərbaycanı III MDB Oyunlarında təmsil edəcək cüdoçular açıqlanıb
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər