III MDB Oyunları: Azərbaycanın 5 idmançısı oxatma yarışlarında 1/8 finala yüksəlib
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kamandan oxatma yarışlarına start verilib.
Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Xankəndi şəhər stadionunda təşkil olunan yarışların bu gün keçirilən təsnifat mərhələsində qadınlar və kişilər üzrə bütün idmançılar fərdi mübarizədə qüvvələrini sınayıblar.
Yüksək nəticə göstərən Nurlan Rəhimli və Fatimə Hüseynli birbaşa 1/8 final mərhələsinə yüksəliblər. Bununla yanaşı, Sümeyyə Bədəlli, Nilufər Ağaməmmədli və Sərdar Vəliyev şəxsi qarşılaşmalarda qalib gələrək 1/8 finalda mübarizə aparmaq hüququ qazanıblar. Digər iştirakçımız Zahid Kazımzadə isə fərdi yarışlarda 1/16 final mərhələsində mübarizəni dayandırıb.
Sabah yarışların 3-cü günü baş tutacaq. Gün ərzində 1/8 final, 1/4 final və yarımfinal mərhələləri keçiriləcək.
Qalereya
Oxşar xəbərlər
Üç ölkənin komandaları III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib
III MDB Oyunları: Sinxron proqramda finala yüksələn Azərbaycan gimnastları müəyyənləşib
Xankəndidə III MDB Oyunlarının kamandan oxatma yarışları başladı
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
III MDB Oyunları: Üzgüçülüyün daha iki növündə medalçılar müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
-
"Gəncə" basketbol komandası baş məşqçisi Martin Knejeviçlə yolları ayırıb
-
ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb
-
Füzulidə uşaqlar üçün rəsm üzrə ustad dərsləri və rəsm sərgisi keçirilib
-
Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib
-
17 Oktyabr - Füzuli Şəhəri Günü münasibətilə konsert proqramı keçirilir













