

"Xəzər TV" 18 yaşını qeyd edir
Azərbaycanın televiziya məkanında özünəməxsus və xüsusi yeri olan "Xəzər TV"nin efir həyatına başlamasından 18 il ötür.
BAKU.WS xəbər verir ki, 2007-ci il oktyabrın 5-də fəaliyyətə başlayan "Xəzər TV"də bu müddət ərzində operativ xəbər buraxılışları ilə yanaşı, analitik, musiqili, əyləncəli və sənədli verilişlər yayımlanıb.
Fəaliyyətə başladığı dövrdə maddi-texniki imkanlarının az olmasına baxmayaraq, zamanla peşəkar kollektivin, yaradıcı heyətin işgüzarlığı nəticəsində sevilən, rəğbət bəslənən bir telekanala çevrilib.
İlbəil telekanal müasir dövrün çağırışlarına uyğun olaraq inkişaf edib və bu proses hazırda da davam etməkdədir.
Tamaşaçıların informasiya tələbatına adekvat cavab vermək üçün dünyanın müxtəlif ölkələrində müxbir məntəqələri yaradılıb.
Aparıcı informasiya agentlikləri və kanalları ilə əlaqələr genişləndirilib. Bu da dünyada baş verən hadisələrlə bağlı məlumatların ən qısa zamanda tamaşaçılara çatdırılması üçündür.
Televiziya daxilində davam edən struktur dəyişikliyi də peşəkarlığın artırılması baxımından önəmli hadisədir.
Texniki imkanları daha da genişləndirmək üçün maddi-texniki baza gücləndirilib. Bütün bunlar tamaşaçılarımıza daha keyfiyyətli yayım izləmək imkanı yaradır.
"Xəzər TV" elektron media platformalarında da fəaliyyətini genişləndirib. Televiziya kanalının "Facebook", "Instagram", "Twitter", eləcə də "Telegram" sosial platformasında rəsmi səhifələri aktiv fəaliyyətdədir.
BAKU.WS kollektivi adından "Xəzər TV"nin bütün əməkdaşlarını təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik!
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
-
Bakı Ali Neft Məktəbi 36 Prezident təqaüdçüsü ilə lider və ölkə rekordçusu olub
-
Xankəndidə III MDB Oyunları zamanı polis əməkdaşları fasiləsiz xidməti davam etdirir
-
Sumqayıtda sahibkar evinə diktofon yerləşdirdi, arvadını 18 bıçaq zərbəsi ilə qətlə yetirdi
-
Azərbaycan Türkiyədən meyvə-tərəvəz məhsulları idxalına çəkdiyi xərci 10 %-ə yaxın azaldıb
-
İker Kasilyas Messi və Ronaldo müqayisəsinə belə cavab verdi