İlham Əliyev Qəbələdə Şimali Kiprin Prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb.
Far.Az xəbər verir ki, Ersin Tatar Prezident İlham Əliyevlə ölkədə və beynəlxalq tədbirlər çərçivəsində görüşlərini, həmçinin Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakını məmnunluqla xatırladıb, Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev ölkəsi tərəfindən Şimali Kipr Türk Cümhuriyyətinə dəstəyin bundan sonra da davam etdiriləcəyini deyib.
Qonaq Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə əldə edilmiş nəticələrlə bağlı təbriklərini çatdırıb.
Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi qeyd edilib.
Qəbələdə keçirilən Zirvə Görüşünün TDT çərçivəsində ölkələrarası tərəfdaşlığın daha da genişlənməsində rolu vurğulanıb.
Görüşdə bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
Qalereya
Oxşar xəbərlər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nepal və Çində daşqınlar nəticəsində ölənlərin sayı 760 nəfəri keçib – YENİLƏNİB
-
"Çelsi" Argentina millisinin qapıçısı Emiliano Martinesin transferini açıqlayıb
-
617 balla baytarlığı seçən Xaliq: "İnsan həvəsinin arxasınca gedirsə, həmişə uğur qazanır"
-
Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəlib
-
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir
-
"Milan"ın futbolçusu Rafael Leau "Qalatasaray"a transfer olunub













