On şokolada görə 9 il 6 ay həbs cəzası aldı
Bakıda mağazadan satıcıya hədə-qorxu gəlib, xəsarət yetirməklə şokolad aparan şəxsin məhkəməsi başa çatıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əskərovanın sədrliyi ilə keçirilən məhkəmə iclasda təqsirləndirilən Orxan Əliyev barəsində hökm elan edilib. Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən məhkəmə iclasında prokuror təqsirləndirilən şəxsin 11 il azadlıqdan məhrum edilməsini istəmişdi.
İttiham aktına əsasən, hadisə 2024-cü ilin noyabrında "Al Market" mağazalar şəbəkəsinin Bakının Nizami rayonunda yerləşən filiallarından birində baş verib.
Orxan Əliyev mağazadan 6 ədəd "Nescafe" və 10 ədəd şokolad götürərək satıcının iradına məhəl qoymadan mağazanı tərk edib. Satıcı onun arxasınca gedərək saxlamağa çalışıb, lakin O.Əliyev əlindəki bıçaqla qadına hədə-qorxu gələrək qoluna xəsarət yetirib və hadisə yerindən qaçıb.
Hadisə barədə polisə məlumat verildikdən sonra Orxan Əliyev saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində soyuq silahdan istifadə etməklə hədə-qorxu yolu ilə tələb etmə maddəsi üzrə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, Orxan Əliyev əvvəllər də analoji cinayətə görə həbsdə olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













