Özünü müalicə aldığı xəstəxanadan yerə ataraq öldü - Rəsmi açıqlama
Ağstafa Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, tibb ocağının Terapiya Şöbəsindəki xəstə - Köçvəli kənd sakini 1979-ci il təvəllüdlü N.Hacıyev özünü ikinci mərtəbədən atıb. Həmin şəxsə xəstəxanada dərman verilmədiyi üçün özünü atdığı iddia edilir.
Məsələ ilə əlaqədar TƏBİB-dən verilən açıqlamada bildirilib ki, 07.10.2025-ci il tarixində 1979-cu il təvəllüdlü (kişi) şəxs xəsarət almış vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub: "İlkin müayinə zamanı xəstəyə "Sol dirsəyin əzilmiş, cızılmış yarası (S51.0)" diaqnozu təyin olunub. Pasiyentin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilib.
06.10.2025-ci il tarixində aparılmış USM müayinəsi zamanı əlavə narahatlıqlar müşahidə edilib və xəstəyə müvafiq medikamentoz müalicə təyin olunub.
Kompüter tomoqrafiyası (KT) müayinəsi nəticəsinə əsasən isə xəstəyə "Sol dirsək nahiyyəsinin sıyrılmış yarası, sol qasıq sümüyünün sirkə kasası səviyyəsində oynaq səthindən kənari yerdəyişməmiş sınığı" diaqnozu təyin olunub. Bu diaqnoza əsasən xəstə Cərrahiyyə şöbəsinə köçürülüb, xəstəlik tarixi açılaraq müalicəsi həkim nəzarəti altında davam etdirilib.
10.10.2025-ci il tarixində saat 00:15 radələrində stasionar müalicə aldığı Cərrahiyyə şöbəsinin 2-ci mərtəbəsinin pəncərəsindən qəfil özünü yerə atıb.
Pasiyentə dərhal tibbi yardım göstərilib və "Qapalı kəllə-beyin travması, döş qəfəsi və qarın boşluğunun qapalı travması, aqonal vəziyyət" diaqnozu təyin olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 01:15 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək zəruri prosessual tədbirləri həyata keçirilib".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakının mərkəzində tək yaşadığı deyilən xəstə qadınla bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakının mərkəzində xəstə qadın antisanitar vəziyyətdə TƏK YAŞAYIR
Əsir düşən azərbaycanlılara verilən işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hansı çay orqanizm üçün daha faydalıdır?
-
Bu ay gözlənilməz sürprizlər yaşayacaq yeganə BÜRC
-
Türkiyədə 5.2 ballıq zəlzələ olub
-
Ayın səthində iki "sirli" parıltı aşkarlandı
-
Türk hərbçilərin də olduğu təyyarə qəzasından ANBAAN GÖRÜNTÜLƏR
-
Azərbaycanın bəzi ərazilərində magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq













