Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Google şirkəti "Maps" tətbiqinə yeni nəsil süni intellekt – Gemini sistemini əlavə etməyə hazırlaşır. Test versiyasında istifadəçilər artıq tətbiqin interfeysində dəyişikliklər görüblər - əvvəlki mikrofon simvolu yeni bir işarə ilə əvəzlənib. Bu o deməkdir ki, indi istifadəçilər Google Maps ilə səsli şəkildə ünsiyyət qura biləcəklər.
BAKU.WS xəbər verir ki, yeni funksiya sayəsində sürücülər tətbiqdən ödənişli yollardan yayınan marşrut yaratmağı, gediləcək məntəqədə havanı öyrənməyi və hətta sadəcə söhbət etməyi xahiş edə biləcəklər. Bütün bunlar toxunmadan, sadəcə səs əmrləri vasitəsilə həyata keçiriləcək.
Məlumatlara görə, Gemini yalnız əmrlərə cavab verməklə kifayətlənməyəcək, həm də istifadəçinin ehtiyaclarını öncədən proqnozlaşdıra biləcək. Bu isə köhnə Google Assistant sisteminin yavaş-yavaş yeni, daha universal süni intellekt köməkçisi ilə əvəz olunacağı anlamına gəlir.
Hazırda funksiya sınaq mərhələsindədir, lakin yaxın vaxtlarda bütün istifadəçilər üçün aktivləşdiriləcəyi gözlənilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Google-ın süni intellekt köməkçisi Gemini fərdi tətbiqlərə çıxış əldə edəcək
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda kafedə dava zamanı bir nəfər öldürüldü - 9 nəfər saxlanıldı - ANBAAN VİDEO
-
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
-
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər
-
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
-
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"
-
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - ANBAAN VİDEO













