Tovuzda bacı qardaşını döydü, dişlərini qırdı
Tovuz rayonunda bacı qardaşını döyüb.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində baş verib. Kənd sakini Tərxan Məmmədov (ad və soyad şərtidir) sərxoş vəziyyətdə evə gələrək, atasına məxsus mobil telefonun adapterini götürüb.
Atası Tərxandan cihazı tələb etsə də, o, adapter qaytarmayıb və nəticədə ata-oğul arasında mübahisə yaranıb. Hadisə zamanı Tərxan atasını söyüb. Bunu görən bacısı, 1988-ci il təvəllüdlü Fazilə Məmmədova (ad və soyad şərtidir) Tərxanı sakitləşdirməyə çalışsa da, Tərxan onu da söyüb. Nəticədə Fazilə Tərxana bir neçə yumruq zərbəsi endirib. Hadisə zamanı Tərxan sifət nahiyəsindən xəsarətlər alıb, 4 dişi qırılıb.
Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı cinayət işi başlanıb.
Tovuz Rayon Məhkəməsində keçirilən məhkəmə araşdırması zamanı qardaş bacısı ilə barışıb. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Fazilə cinayət məsuliyyətindən azad edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Əhmədin DƏHŞƏTLİ ETİRAFLARI: "Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm"
Əsir düşən azərbaycanlılara verilən işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xadimə işləyən qadın ərindən ayrıldı, özünə təzə sevgili tapdı – Küçədə qanlı cinayət
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hansı çay orqanizm üçün daha faydalıdır?
-
Bu ay gözlənilməz sürprizlər yaşayacaq yeganə BÜRC
-
Ayın səthində iki "sirli" parıltı aşkarlandı
-
Türkiyədə 5.2 ballıq zəlzələ olub
-
Türk hərbçilərin də olduğu təyyarə qəzasından ANBAAN GÖRÜNTÜLƏR
-
Azərbaycanın bəzi ərazilərində magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq













