AQTA Qəhvəyi mərmər bağacığı ilə mübarizə çərçivəsində əhaliyə müraciət edib
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam edir.
Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilir ki, 300-dən çox bitki növü ilə qidalanan zərərverici payız dövründə fizioloji aktivliyini itirir və bitkilər üçün birbaşa təhlükə yaratmır. Bu mövsümdə qışlamaya üstünlük verdiyi üçün zərərverici əsasən yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur.
AQTA və əlaqədar qurumların təmsil olunduğu Regional Əlaqələndirmə Mərkəzləri tərəfindən vəziyyət nəzarətdə saxlanılaraq müvafiq tədbirlər görülür. Lakin yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də sakinlərin zərərvericiləri mexaniki üsullarla toplayaraq məhv etməsi xüsusilə vacibdir.
Qeyd edək ki, beynəlxalq təcrübədə də Qəhvəyi mərmər bağacığı ilə mübarizədə mexaniki üsuldan geniş istifadə olunur. Bura aldadıcı tələlər, süni yaradılmış sığınacaq yerləri daxildir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır.
Vətəndaşlar Qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və məsuliyyətli olmalıdırlar. Hazırki qışlama dövründə aparılmalı olan mexaniki yolla mübarizə üsulu zərərvericinin populyasiyasının qarşısını ala bilər.
Qalereya
Oxşar xəbərlər
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ceyhun Bayramov Banqkokda səfərdədir
-
Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb
-
Azərbaycan Premyer Liqası: "Sumqayıt" və "İmişli" turun son günündə qalib gəlib
-
Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr
-
"Turan"ın voleybolçusu Ayşən Abduləzimova: "Bu gün sübut etdik ki, güclü tərəf bizik"
-
Nicat Abasov və Aydın Süleymanlı Avropa çempionatının mükafatçıları olublar













