Atasından sonra hamilə arvadını da döyüb, uşağının ölümünə səbəb olub
Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 27 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində Türkan qəsəbə sakini Atlıxan Şəmsəddin oğlu İbrahimov Cinayət Məcəlləsinin 133.2.2 və 133.2.4-cü maddələri ilə təqsirli bilinib.
Araşdırmalarla müəyyən edilib ki, Atlıxan kəskin psixotik vəziyyət xəstəliyindən əziyyət çəkən və hamilə olan arvadına mütəmadi fiziki şiddət göstərib.
O, hər dəfə qadını döyərkən bədəninin müxtəlif nahiyələrindən dişləyərək əzab verib. Sonuncu dəfə isə Atlıxan yeməyin duzlu olmasını bəhanə gətirərək həyat yoldaşına zərbələr endirib. Həmin zaman 18 həftəlik hamilə olan qadının bətnindəki döl tələf olub və tibbi müdaxilə göstərilib.
Məhkəmədə çıxış edən qızın atası övladının ailəsində ciddi problemlər olduğunu, lakin Atlıxanın atası Şəmsəddinin xahişi ilə onların birgə yaşamasına razı olduqlarını deyib:
"Onunla birlikdə yaşadıqları ərəfədə Atlıxan mütəmadi olaraq qızımı döyərək təhqir edib, döyməsinə səbəb isə müxtəlif bəhanələr olub. Polisə şikayət etməməyimizə səbəb qızımın ailəsini dağıtmaq istəməməyimiz olub. Atlıxan qızımın hamilə olduğunu bilirdi, buna baxmayaraq, onu döyürdü".
O da məlum olub ki, Atlıxan əvvəllər narkotik vasitələrlə bağlı cinayətə görə məhkum edilib. Onların ailəsi ilə bağlı problem daha əvvəl də mediada işıqlandırılıb. Belə ki, 2023-cü ildə Atlıxan yaşadıqları evdə birinci qrup əlil olan atasını döyüb və bu zaman qardaşı həmin hadisəni videoya çəkərək paylaşıb. Görüntülərdə qardaşının Atlıxanı atasını döydüyü üçün söyərək təhqir etməsi də əks olunub.
Məhkəmənin ötən həftə çıxardığı hökmlə Atlıxan İbrahimova 2 il 6 ay həbs cəzası verilib. O, cəzasını ciddi rejimli müəssisədə çəkəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vəkilliyə qəbulla bağlı imtahanda uğur qazanan şəxslərin adları açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













