Azərbaycan 2029-cu ildə icmal büdcənin kəsirini 1 milyard dollara endirəcək
2026-cı ildə 3 milyard 870 milyon manat məbləğində proqnozlaşdırılan icmal büdcə kəsirinin 2029-cu ildə 1 milyard 759,9 milyon manat (təxminən 1 milyard ABŞ dolları) olacağı gözlənilir.
Far.Az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Bundan başqa, sənədə əsasən, dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2026-cı ildə 2,3 % təşkil edəcəyi, 2029-cu ildə isə 2 %-ə enəcəyi proqnozlaşdırılır. 2026-cı ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 094,6 milyon manat, növbəti üç ildə isə müvafiq olaraq 3 milyard 127,5 milyon manat, 3 milyard 558 milyon manat və 3 milyard 230,2 milyon manat məbləğində proqnozlaşdırılır.
Dövlət büdcəsi kəsirinin əvvəlki illərdə olduğu kimi, özəlləşdirmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici və daxili) və vahid xəzinə hesabı qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Müəyyən olunmuş bir sıra prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara artıq başlanıldığından, imzalanacaq borc sazişləri üzrə cəlb olunacaq kredit vəsaitləri kəsirin maliyyələşmə mənbəyində payının artmasını şərtləndirəcək.
Yeni makro-fiskal çərçivənin tətbiqi ilə əlaqədar qarşıya qoyulmuş hədəflərə uyğun olaraq uzunmüddətli dövrdə daxili və xarici borclanma təsdiq edilmiş limitlər çərçivəsində istifadə ediləcək. Bu hədəfin təmin edilməsi üçün dövlət qiymətli kağızlarının və istiqrazlarının emissiyası ilə daxili maliyyə bazarlarının inkişaf etdirilməsinin diqqət mərkəzində saxlanılması davam edəcəkdir.
Oxşar xəbərlər
Bu gündən avtobus və metroda gedişhaqqı 60 qəpik oldu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
IMF 2025-ci ildə Azərbaycanda nominal ÜDM-in 77 milyard dollara qədər artacağını proqnozlaşdırır
Azərbaycanda büdcə qaydası dəyişir
Azərbaycanda büdcə qaydası dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər













