Kiyev Uitkoff və Kuşnerə Brüsseldə danışıqlar aparmağı təklif edib
Far.Az xəbər saytı

Kiyev Uitkoff və Kuşnerə Brüsseldə danışıqlar aparmağı təklif edib


Ukraynalı danışıqçılar ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerə yeni danışıqlar raundu keçirmək üçün yaxın günlərdə görüşməyi təklif ediblər.

"Far.Az" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə nəşrin mənbələri bildirib.

"Ukraynalı danışıqçılarhazırda Stiv Uitkoff və Cared Kuşneri onlarla yeni danışıqlar raundu keçirmək üçün Brüsselə və ya başqa bir şəhərə gəlməyə dəvət edirlər", - məlumatda bildirilib.

Oktyabrın 15-16-da Brüsseldə Avropa Şurasının iclası keçiriləcək. Gözlənildiyi kimi, tədbirdə Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edəcək.

Qeyd edək ki, ötən gün Zelenski Ukraynanın Trampın elçilərinə yeni görüş keçirməyi təklif etdiyini bildirib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər