Gələn il dövlət borcunun ödənilməsinə 2,5 milyard manat xərclənəcək
Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində daxili və xarici dövlət borcuna xidmətlə bağlı xərclər 2025-ci illə müqayisədə artacağı proqnozlaşdırılıb.
Gələn il dövlət borcuna xidmət üçün 2 milyard 457.6 milyon manat ayrılacaq. Bu göstərici 2025-ci ildəki 2 milyard 399.6 milyon manatla müqayisədə təxminən 58 milyon manat çoxdur.
2026-cı il üçün daxili dövlət borcu üzrə ümumi xərclər 1 milyard 57.6 milyon manat səviyyəsində müəyyən edilib. Bu, 2025-ci ilin 958 milyon manatlıq həddi ilə müqayisədə təxminən 100 milyon manatlıq artım deməkdir. Faiz ödənişləri üzrə xərclər də 821.2 milyon manatdan 920.6 milyon manata yüksəlib.
Gələn ildə xarici borca xidmət üzrə 1 milyard 400 milyon manat vəsait nəzərdə tutulur. 2025-ci ildə bu rəqəm 1 milyard 441.6 milyon manat idi. Yəni təxminən 41.6 milyon manat azalma proqnozlaşdırılır. Bu istiqamət üzrə faiz xərcləri 479.2 milyon manatdan 460 milyon manata düşüb.
2026-cı il üçün dövlət borclanması limitləri də əvvəlki illə müqayisədə dəyişib. Daxili borclanma limiti dəyişməz qalaraq 2 milyard manat səviyyəsində saxlanılıb. Xarici borclanma limiti isə 3.5 milyard manatdan 6 milyard manata qaldırılıb.
Dövlət zəmanətləri üzrə yuxarı hədd də 2 milyard manatdan 3 milyard manata yüksəlib.
Oxşar xəbərlər
Azərbaycanda 3 milyon vətəndaşı əhatə edən artımlar: Sosial rifaha xidmət edən güclü sosial siyasət
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakının ayrı-ayrı küçələri üzrə mənzillərin QİYMƏTLƏRİ
Bu sosial islahat paketi 3 milyon insanı əhatə edir - Nazirlik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













