Vəli Qasımov: "Qarabağ" "Atletik"dən çəkinməməli, öz futbolunu oynamalıdır"
Far.Az xəbər saytı

Vəli Qasımov: "Qarabağ" "Atletik"dən çəkinməməli, öz futbolunu oynamalıdır"


"Qarabağ" "Atletik"dən çəkinməməli, öz futbolunu oynamalıdır.

Far.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin keçmiş futbolçusu Vəli Qasımov "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində "Atletik"ə (Bilbao, İspaniya) qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.

O, bildirib ki, Ağdam təmsilçisini çətin səfər matçı gözləyir:

"İspaniya çempionatında çıxış etdiyim dövlərdə "San Mames" stadionunda "Atletik"ə qarşı oynamışam. Aradan uzun illər keçsə də, hələ də o stadionun ab-havası insanı sıxır. İstəməklə bacarmaq başqa-başqa şeylərdir. Çox istəyərdik ki, "Qarabağ" İspaniyadan xalla dönsün. Lakin bunu bacarmaq çətin olacaq. Komandamız ilk iki turda çox çətin sınaqlardan keçdi. Ümid edirəm ki, sonda sevinən Azərbaycan futbol ictimaiyyəti olacaq".

Vaxtilə İspaniyada "Betis", "Albasete" və "Esixa" klublarında çıxış edən təcrübəli mütəxəssis "Atletik" səviyyəsində olan komandaların evdə çox yaxşı futbol oynadığını vurğulayıb:

"Bu cür komandalara qarşı, üstəlik səfərdə mübarizə aparmaq çətindir. Onlar "Qarabağ"a mane olmağa çalışacaqlar. Düşünürəm ki, "Qarabağ" çəkinməməlidir və öz futbol bacarığını ortaya qoymalıdır. Belə olan halda yaxşı nəticəyə ümid etmək olar".

Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər