Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
Mobil operator həssas qruplar arasında rəqəmsal savadlılığın artırılması istiqamətində fəaliyyətini davam etdirir
Azercell rəqəmsal təhlükəsizliyin gücləndirilməsi və əhalinin maarifləndirilməsi sahəsində təşəbbüslərini davam etdirir. Kibercinayətkarların hədəfində daha çox yaşlı nəslin nümayəndələrinin olduğunu nəzərə alan şirkət bu dəfə Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzində yaşlılar üçün xüsusi təlim təşkil edib.
Azercell-in İnformasiya Təhlükəsizliyi departamentinin mütəxəssisləri tərəfindən keçirilən təlimdə iştirakçılara kiberdələduzluq, fişinq hücumları və digər kiberrisklər barədə ətraflı məlumat təqdim olunub. Təlimdə kiberdələduzların istifadə etdiyi üsullar, aktual kiberhücum trendləri və onlardan qorunma yolları izah edilib. Tədbir interaktiv sual-cavab sessiyası və real nümunələr üzərində müzakirələrlə davam edib.
Xatırladaq ki, Azercell müxtəlif yaş qrupları üçün rəqəmsal təhlükəsizlik biliklərinin artırılması istiqamətində silsilə layihələr həyata keçirir. Şirkət daha öncə sosial xidmət müəssisələrinin sakinləri üçün xüsusi maarifləndirici tədbir təşkil edib, cari ilin ilk yarısında isə "Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı" çərçivəsində 7 regionda 350-ə yaxın məktəblini kibertəhlükəsizlik sahəsində məlumatlandırıb.
Qalereya
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Niderland "MV Hondius" gəmisinin sərnişinlərinə karantin rejimi tətbiq edəcək
-
Azərbaycanın U-16 millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda da uduzub
-
Bakıda keçiriləcək UFC turnirinin biletləri mayın 15-də satışa çıxarılacaq
-
UFC Bakı turnirinin bilet satışı mayın 15-də başlayacaq
-
ABŞ-də Haiti prezidentinin öldürülməsinə görə dörd nəfər təqsirli bilinib
-
AFFA 2026/2027 mövsümü üçün lisenziya verdiyi klubların siyahısını açıqladı













