İspaniyada "Qarabağ"a qarşı təxribat: "Atletik" polisə müraciət etdi
"Qarabağ" futbol klubu İspaniyada xoşagəlməz halla qarşılaşıb.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının III turunda səfərdə İspaniya təmsilçisi "Atletik"lə qarşılaşacaq Ağdam təmsilçisi barədə Bilbao şəhərində təxribat xarakterli müxtəlif yazılar və simvollar yayılıb.
"Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı dərhal "Atletik" klubunun rəhbərliyinə məlumat verilib, onlar isə məsələnin araşdırılması üçün yerli polis orqanlarına müraciət ediblər:
"Qarabağ" futbol klubu idman yarışlarının sülh, dostluq və hörmət prinsipləri üzərində qurulduğuna inanır və bu prinsipləri pozan hər hansı təxribatın yolverilməz olduğunu bildirir. Komandamız diqqətini yalnız qarşıdakı oyuna yönəldib və idman meydanında ölkəmizi layiqincə təmsil edəcək".
Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
III MDB Oyunları: Xankəndidə oxatma yarışlarının qalibləri mükafatlandırılıblar
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"













