Əlilliyi olan şagird məktəbin pəncərəsindən yıxılıb, ciddi xəsarət alıb
Anadangəlmə gözdən əlilliyi olan məktəbli təhsil aldığı internatda pəncərədən yıxılıb.
Hadisə 5 nömrəli Respublika xüsusi internat məktəbində baş verib.
Ciddi xəsarət alan uşaq təcili xəstəxanaya çatdırılıb.
Valideyn Asim Seyidov "Xəzər Xəbər"ə bildirib ki, oğlu 2-ci mərtəbədə pəncərədən yıxılmazdan əvvəl yarım saat nəzarətsiz qalıb.
O, bu məsələdə müəllimləri ittiham edib. Valideynin iddiasına görə, hadisəyə səbəb uşaqlar arasındakı narazılıq olub.
Asim Seyidov qeyd edib ki, görmə qabiliyyəti tam və qismən məhdud olan uşaqların təhsil aldığı 5 nömrəli Respublika xüsusi internat məktəbinin birinci mərtəbəsindəki pəncərələrdə məhəccərlər olsa da, ikinci mərtəbədə bu məsələ gözdən qaçıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin VII sinif şagirdi oktyabrın 20-də II mərtəbənin pəncərəsindən yıxılıb. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Həmçinin məktəbin Pedaqoji şurası çağrılaraq müəllimlərlə söhbət aparılıb, şagirdlərin təhlükəsizliyinin təmin olunmasına diqqətin daha da artırılması istiqamətində müvafiq tapşırıqlar verilib. O da qeyd olunub ki, hazırda şagirdin vəziyyəti qənaətbəxşdir.
O ki qaldı məktəbin 2-ci mərtəbəsində pəncərələrin məhəccərlərinin olmamasına, Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, təhsil müəssisələrinin bina və qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları qanunla tənzimlənir. Belə ki, 2004-cü ildən etibarən təhsil müəssisələrinin binalarında, tikililərində və otaqlarında pəncərələrdə açılmayan dəmir barmaqlıqların quraşdırılması qadağan olunub.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Görmə məhdudiyyəti olan şagird məktəbin pəncərəsindən yıxıldı
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Məktəbin ilk günündən FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi













