Sumqayıt, Xırdalan və Masazırdan Bakıya gələn avtobuslar üçün xüsusi hərəkət zolağı yaradılıb
Sumqayıt və Xırdalan şəhərləri, eləcə də Masazır qəsəbəsindən Bakı istiqamətinə gələn avtobusların Masazır dairəsindən keçməklə rahat və maneəsiz hərəkətini təmin etmək üçün sözügedən dairədən başlayaraq xüsusi hərəkət zolağı təşkil edilib.
Bu barədə Far.Az-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, yeni zolaq artıq effektivliyini sübut etmiş Bakı-Sumqayıt şosesindəki mövcud avtobus zolağına birləşdirilib. Nəticədə paytaxt istiqamətində hərəkət edən avtobuslarla sərnişinlərin əlavə vaxt itkisinə məruz qalmadan daşınması təmin olunub.
Təşkil edilən xüsusi hərəkət zolağı ilə 10 marşrut xətti üzrə 130 avtobus ümumillikdə 650 dəfə hərəkət edir və gün ərzində bu avtobuslardan istifadə edən 40 000-ə yaxın sərnişinin sıxlıqda qalmayaraq rahat daşınması həyata keçirilir.
Bildirilir ki, gündəlik Xırdalan şəhəri və Masazır qəsəbəsindən paytaxta 170 minə yaxın sərnişin daxil olur.
Eyni zamanada, görülən işlər çərçivəsində Tbilisi prospektində mövcud olan xüsusi hərəkət zolağının əhatəliyi genişləndirilib və əlaqəlilik təmin edilib. Belə ki, prospektin "20 Yanvar" dairəsindən Əbdülvahab Salamzadə küçəsinə qədər olan hissəsində xüsusi hərəkət zolağı təşkil olunub və avtobusların bu ərazidə sıxlıqda qalmasının qarşısı alınıb.
Xüsusi hərəkət zolağı yaradılarkən Tbilisi psospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində yolun hərəkət hissəsi genişləndirilib və hərəkət zolaqları yenidən təşkil olunub. Beləliklə, avtomobillər üçün zolaqların sayı dəyişməz olaraq qalıb.
Qeyd edək ki, gün ərzində Tbilisi prospektinin bu ərazisindən 5 müntəzəm marşrut xətti üzrə 75 avtobus ümumillikdə 490 dəfə keçir və bu avtobuslarla 35 000-dək sərnişin daşınır.
İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Gəncə şəhərinin marşrut şəbəkəsi yenidən formalaşdırılıb
Xırdalan və Masazırdan hava limanına yol olacaq - Bakıya tıxacsız gedəcəksiniz
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Reuters": ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur
-
Bu il beynəlxalq axtarışda olan 22 nəfər xarici ölkələrdən ektradisiya edilib, 6 nəfər təhvil verilib
-
Suqovuşanda "Prezident Kuboku 2026" beynəlxalq reqatasının yarışları başlayıb
-
Mikayıl Cabbarov: "Özəl sektorda olan resurslar sonsuz deyil"
-
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər













