Növbəti köç karvanı Daşbulaq kəndinə çatıb, açarlar təqdim olunub
Far.Az xəbər saytı

Növbəti köç karvanı Daşbulaq kəndinə çatıb, açarlar təqdim olunub


Xocalı rayonuna yola salınan növbəti köç karvanı Daşbulaq kəndinə çatıb, açarlar təqdim olunub.

Far.Az report-a istinadən xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, bununla Daşbulaq kəndinə köçürülən ailələrin sayı 21-ə (91 nəfər) çatıb.

*** 14:35

Xocalı rayonunun Daşbulaq kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb.

Far.Az report-a istinadən xəbər verir ki, kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Daşbulaq kəndinə 8 ailənin (24 nəfər) daimi qayıdışı təmin edilir.

Bununla da kəndə qayıdan ailələrin sayı 21-ə (91 nəfər) çatacaq.

*** 13:50

Xocalının Daşbulaq kəndinə növbəti köç karvanı yola salınıb

Far.Az report-a istinadən xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Daşbulaq kəndinə 24 nəfərdən ibarət 8 ailənin daimi qayıdışı təmin edilib.

Bununlada Daşbulaq kəndinə qayıdan ailələrin sayı 21 ailə (91 nəfər) təşkil edib.

Oxşar xəbərlər

Növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, açarlar təqdim edilib
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
Növbəti köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb, açarlar təqdim edilib
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Xocalı rayonu Seyidbəyli kəndinə ilk köç karvanı yola salınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər