Azərbaycanda bəzi cərimələr ləğv olunacaq
"Kənd təsərrüfatına mane olan yaşıllıqların götürülməsi üçün icazə tələbinin aradan qaldırılması təklifi qəbul edildikdə bu pozuntuya görə yazılmış, amma icra edilməyən cərimələrə də şamil olunacaq".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında "Yaşıllıqların mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
"Normativ Hüquqi Aktlar Haqqında Konstitusiya" Qanununa və Cinayət Məcəlləsinə görə məsuliyyəti yüngülləşdirən halların geriyə qüvvəsi var. Yəni əməl cinayət, ya inzibati xəta tərkibi halından azad olunursa, o zaman əvvəlki dövr üçün icra olunmamış cərimələr ləğv olunmalıdır", - deyə o bildirib
Xatırladaq ki, yaşıllıqların götürülməsinə icazə verilən halların siyahısı genişlənir. Layihəyə əsasən, yaşıllıqların götürülməsinə məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar aqrar fəaliyyətinə mane olduqda icazə veriləcək.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu məsələ ilə bağlı danışarkən bu məsələyə toxunmuş və "qanun qəbul olunduqdan sonra əvvəlki cərimələrin ləğvi nəzərdə tutulacaqmı" sualını ünvanlamışdı.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Mançester Yunayted" ÇL-nin gələn mövsümünə vəsiqə qazanıb
-
Almaniya kansleri Trampı yox, ABŞ-ni üstün tutur
-
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
-
Polşanın şimal-şərqində NATO-nun "Amber Shock" təlimləri keçirilir
-
Sumqayıtda işləyən zaman halı pisləşən fəhlə dünyasını dəyişib
-
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək













