NTD-nin baş məşqçisi: "Şəki" ilə matçda komanda sona qədər mübarizə apardı"
Far.Az xəbər saytı

NTD-nin baş məşqçisi: "Şəki" ilə matçda komanda sona qədər mübarizə apardı"


Azərbaycan Basketbol Liqasının IV turunda "Şəki"yə (81:88) məğlub olan NTD sona qədər mübarizə aparıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu baş məşqçi Tahir Baxşıyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis ribaundlarda böyük oyunçu çatışmazlığını qeyd edib:

"Çətin oyun alındı. Son anda bildik ki, yeni oyunçumuz - Langdon Hatton bu oyunu buraxacaq. O lisenziyasını vaxtında ala bilmədi. Buna görə də zədəli Camal Kingi meydana buraxmaq məcburiyyətində qaldıq. O bir həftə məşq etməmişdi. Buna baxmayaraq, komanda mübarizə apardı, sonadək oynadı. Amma bizə ribaundlarda böyük oyunçu çatışmırdı. Hatton bizə bu baxımdan kömək edə bilərdi".

Baş məşqçi komandanın hələ tam formalaşmadığını söyləyib:

"Komanda hələ tam formalaşmayıb. Hazırda cəmi dörd legioner oynayır. Amma bu məsələni həll edirik. Hatton artıq bizə qoşulub. Tezliklə daha bir legioner gələcək. Ruhdan düşmürük. Ən vacibi odur ki, komanda mübarizə aparır, istəklə oynayır. Düşünürəm, tezliklə qələbələr də gələcək".

Oxşar xəbərlər

Tahir Qədəşov "Atlant" üzərindən həbsi götürmək üçün hərəkətə keçib - Qalmaqallı dələduzluq işi
"Ərim məni kişilərlə otelə getməyə məcbur etdi"
Tahir Baxşıyev: "Bu mövsüm çempionatda ən yaxşı oyunumuzu keçirdik"
Azərbaycanın cüdo millilərinin məşqçi heyəti gücləndirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər