Audiovizual Şura MTV ilə bağlı məhkəməyə müraciət edib
Audiovizual Şura tərəfindən həyata keçirilən monitorinq nəticəsində "MTV" televiziya kanalının efirində 22 oktyabr 2025-ci il tarixdə saat 20.31-21.24 arası yayımlanan "Toya gəlmişik" proqramının yayımı zamanı "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 9.3-cü maddəsinin tələbinin pozulması faktı aşkar olunmuşdur.
Bu barədə BAKU.WS-ə Audiovizual Şuradan məlumat verilib.
Belə ki, həmin proqramın yayımı zamanı bölgələrin birində keçirilmiş, qohumların (xalaqızı və xalaoğlunun) toy məclisi nümayiş etdirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.2-1-ci maddəsinə əsasən qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları arasında nikahın bağlanmasına yol verilmir. Bu isə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 4.2.4-cü maddəsinə əsasən ailə institutunu nüfuzdan salan informasiya olmaqla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir və yayımına məhdudiyyət qoyulur.
Bir neçə gün əvvəl digər yayımçı tərəfindən bu qəbildən pozuntu halı törədilmiş və Audiovizual Şuranın iclasında həmin yayımçıya xəbərdarlıq olunmuşdu. Həmin yayımçıya xəbərdarlıq olunanda bütün yayımçılardan diqqətli olmaları və bu istiqamətdə monitorinqlərin davam edəcəyi bildirilmişdi.
Təəssüflə qeyd olunmalıdır, həmin haldan bir neçə gün sonra "MTV" kanalında yuxarıda qeyd olunan pozuntu halı baş vermişdir. Məsələnin ciddiliyini nəzərə alaraq və yayımçıların bu məsələyə bir daha diqqətini cəlb etmək məqsədilə 24 oktyabr 2025-ci il tarixində "MTV" kanalının aid olduğu "MUZ TV Azərbaycan" MMC-nin səlahiyyətli nümayəndəsi Audiovizual Şuraya dəvət edilmiş, pozuntu faktına görə inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq məhkəməyə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cü maddəsinə əsasən qeyd olunan pozuntuya görə hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Audiovizual Şura bir daha bütün yayımçıları qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, digər yayımçılara tətbiq olunmuş sanksiyaların səbəbi olmuş pozuntuların baş verməməsi üçün redaksiya nəzarətini gücləndirməyə çağırır.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Audiovizual Şura: Ötən il yaş məhdudiyyəti məsələlərində nöqsana görə iki yayım subyekti cərimələnib
"Space TV"yə xəbərdarlıq olundu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Elçin Əmirbəyov: TDT qarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirilməsi üçün mühüm platformaya çevrilir
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
"Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO













