Türkiyədə 6,1 maqnitudalı zəlzələ – Üç bina və bir mağaza uçub
Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib.
Far.Az xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar 27 oktyabr tarixində, yerli vaxtla saat 22:48-də (Bakı vaxtı ilə 23:48-də) vilayətin Sındırqı rayonunda qeydə alınıb. Zəlzələnin ocağı təxminən 6 kilometr dərinlikdə yerləşib.
Təkanlar İstanbul da daxil olmaqla, bir sıra yaxın şəhərlərdə də hiss olunub.
Daxili işlər naziri Ali Yerlikayanın açıqlamasına görə, zəlzələ nəticəsində Sındırqı rayonunda üç bina və bir mağaza uçub. Nazir qeyd edib ki, həmin binalar istifadəsiz olub və hadisə zamanı xəsarət alan və ya həyatını itirən olmayıb.
Səhiyyə naziri Kemal Memişoğlu isə açıqlamasında indiyədək tibb xidmətlərinə hər hansı müraciətin qeydə alınmadığını bildirib.
Qeyd edək ki, zəlzələ nəticəsində bir neçə binada dağıntılar müşahidə edilsə də, can itkisi baş verməyib.
Balıkesir'in Sındırgı ilçesinde meydana gelen depremde bazı binalar yıkıldı, elektrikler kesildi
— Ramazan Selimoğlu (@selimoluramzn) October 27, 2025
Umarız can kaybı yaşanmaz #deprem #sallandık #Sondakika pic.twitter.com/WSEbuJ9CJ0
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İstifadəsiz su çəni TƏHLÜKƏ YARADIR - UŞAQLAR ətrafında oynayır, vətəndaşlar NARAHATDIRLAR
İstifadəsiz su çəni TƏHLÜKƏ YARADIR - UŞAQLAR ətrafında oynayır, vətəndaşlar NARAHATDIR
Azərbaycan-Ermənistan sərhədində 3 zəlzələ olub, dağıntı və ya xəsarət yoxdur - YENİLƏNİB - 3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ













