15 milyon insanı aldadan dələduz necə "peyğəmbər"ə çevrildi?
Far.Az xəbər saytı

15 milyon insanı aldadan dələduz necə "peyğəmbər"ə çevrildi?


1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması ilə milyonlarla insan maddi çətinlik içində qalarkən Sergey Mavrodi "MMM" adlı maliyyə piramidası ilə onlara "asan zənginlik" vəd etdi. Qısa zamanda milyonlarla insan bu sistemə sərmayə qoydu, amma nəticədə minlərlə ailə müflis oldu.

1955-ci ildə Moskvada anadan olan Mavrodi gəncliyində riyaziyyat üzrə istedadı ilə seçilsə də, biznesə yönəlir. 1989-cu ildə o, "MMM" kooperativini, 1992-ci ildə isə eyni adlı aksioner birliyini yaradır. 1994-cü ilin ortalarında "MMM" artıq 15 milyon investora malik idi və onun dövriyyəsi Rusiyanın büdcəsinin üçdə birinə bərabər sayılırdı. Hökumət piramidanın fəaliyyətinə müdaxilə etdikdə, Mavrodi üzərində öz şəkli olan "pul" buraxır, hətta televiziya vasitəsilə xalqı Yeni il münasibətilə təbrik edir.

Qısa müddət sonra vergidən yayınma ittihamı ilə həbs olunur, lakin Dövlət Dumasına deputat seçilərək azadlığa çıxır. 1997-ci ildə "MMM" rəsmi olaraq müflis elan edilir, Mavrodi isə beynəlxalq axtarışa verilir. Daha sonra saxlanılaraq 4 il yarım həbs cəzası alır. Rəsmilərin hesablamalarına görə, onun piramidası insanlara 110 milyon dollardan çox zərər vurub, 50-dən çox şəxs intihar edib. Azadlığa çıxdıqdan sonra Mavrodi yazıçılıqla məşğul olur və bir neçə dəfə "MMM"i bərpa etməyə cəhd edir. Lakin 2018-ci ilin martında Moskvadakı avtobus dayanacaqlarından birində halı pisləşir və xəstəxanada ürək tutmasından vəfat edir.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər