ZEEKR Azərbaycan "9X" modelinin rəsmi ön sifarişlərinin davam etdiyini elan edir!
ZEEKR Azərbaycan premium elektrik SUV seqmentində yeni dövrü başlatan ZEEKR 9X modelinin ön sifariş mərhələsinin davam etdiyini elan edir. Model artıq qlobal bazarda böyük maraq qazanıb və yaxın zamanda Azərbaycanda təqdim ediləcək.
ZEEKR 9X - innovativ dizaynı, qabaqcıl texnologiyaları və gələcəyin mobillik baxışını özündə birləşdirən tamamilə yeni platformadır. Gündəlik rahatlıq və yüksək performans balansı ilə bu model premium sinifdə fərqlənir.
Eyni zamanda, "ZEEKR Azərbaycan" xəbərdarlıq edir ki, son günlər bəzi boz dilerlər və qeyri-rəsmi satıcılar tərəfindən yayılan məlumatlar doğru deyil. Zavodun rəsmi göstərişinə əsasən, Çin daxili bazarı üçün istehsal olunan avtomobillərə ölkəmizdə servis xidməti göstərilmir. Belə modellər zəmanətsiz və texniki dəstəksiz qalır.
ZEEKR Azərbaycan tərəfindən təqdim olunan hər bir avtomobil:
-istehsalçı tərəfindən təsdiqlənmiş rəsmi zəmanətə,
-orijinal ehtiyat hissələrinə,
-proqram yeniləmələri və təhlükəsizlik təminatına,
-və peşəkar servis xidmətinə malikdir.
Müştərilərimizə tövsiyəmiz - avtomobil seçərkən yalnız rəsmi şəkildə sifariş edilmiş modellərə üstünlük verin.
ZEEKR 9X-in yerli təqdimatı ilə bağlı yadda qalacaq və həyəcan doğuracaq bir konsept üzərində hazırlıqlar aparılır.
ZEEKR Azərbaycan yaxın günlərdə bu barədə gözlənilməz yeniliklər paylaşacaq.
Ətraflı məlumat və ön sifariş üçün ZEEKR Azərbaycan ilə *2299 nömrəsi vasitəsilə əlaqə saxlaya və ya Aşıq Molla Cümə küçəsi, 36 ünvanındakı mərkəzimizə yaxınlaşa bilərsiniz.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Zeekr Azərbaycan 9X modeli ilə bağlı rəsmi xəbərdarlıq etdi
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
"Şəhər İçində Şəhər" – Gəncə Park City: Gəncənin yeni nəfəsi, gələcəyin şəhəri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaradağda vulkan püskürüb
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
-
Latviyada 27 Sentyabr - Anım Günü qeyd olunub













