Rəşad Nəbiyev: "Regional rəqəmsal sənaye mərkəzinə çevrilməyi hədəfləyirik"
Far.Az xəbər saytı

Rəşad Nəbiyev: "Regional rəqəmsal sənaye mərkəzinə çevrilməyi hədəfləyirik"


Azərbaycan regional rəqəmsal sənaye mərkəzinə çevrilməyi hədəfləyir.

"Far.Az" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşımda qeyd edib.

"İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Fondu və "BlackRock" tərəfindən təşkil olunan "Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu: Süni intellekt və rəqəmsal infrastruktur" panel müzakirəsində həmkarlarımla birlikdə iştirak etdik. Azərbaycanın enerji potensialı, geniş fiber-optik şəbəkəsi və strateji coğrafi mövqeyinin süni intellekt və rəqəmsal infrastrukturun inkişafı üçün yaratdığı imkanlardan danışdıq. Rəqəmsal hökumət, süni intellekt, milli məlumat infrastrukturu və kibertəhlükəsizlik sahəsində görülən işləri qeyd edərək Azərbaycanın regional rəqəmsal sənaye mərkəzinə çevrilməsi hədəfini vurğuladıq", - o vurğulayıb.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Davosda "BlackRock" və "Global Infrastructure Partners"in rəsmiləri ilə görüşüb
30 trilyon dollarlıq qlobal kapitalın Bakı ünvanı: Azərbaycan yeni investisiya mərkəzində
Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib
Alim Nəbiyev MMA üzrə ardıcıl olaraq üçüncü qələbəsini qazandı - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər