Aydın Nəcəfov: "Şəhidlərimiz arzularına çatdılar, torpaqlarımız işğaldan azad edildi"
"Altı il əvvəl bizim igidlərimiz sıra ilə döyüşə getdilər. Bu gün sıra ilə bu məzarlıqda dəfn olunublar. Onlar döyüşə yollananda bir arzuları var idi: torpaqlarımızın işğaldan azad olunması. Canları, qanları bahasına olsa da buna nail oldular. 44 gün ərzində düşmənə ən ağır zərbələr vuraraq, onları yerlə-yeksan etdilər".
BAKU.WS xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında şəhid kapitan Vüqar Nəcəfovun atası Aydın Nəcəfov deyib.
O, bu gün qürurlu olduğunu bildirib:
"Altı il əvvəl bu xalq şəhidləri necə yad edirdisə, bu gün də həmin izdiham davam edir. Düz deyiblər ki, şəhidlər ölməz, Vətən bölünməz. Allah ordumuzu, xalqımızı qorusun.
Oğlum şəhid olanda 32 yaşı var idi. Evli idi, iki övladı var. Övladları da bu gün atalarının adlarına layiq böyüyürlər", - şəhid atası əlavə edib.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Oğlunun məzarına getməyən şəhid atası: "Onu torpaq altında təsəvvür edə bilmirəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
-
Latviyada 27 Sentyabr - Anım Günü qeyd olunub
-
Azərbaycanın Bolqarıstandakı səfirliyində Anım Günü ilə bağlı tədbir keçirilib













