"Beniz"ə ittiham elan olunub
Far.Az xəbər saytı

"Beniz"ə ittiham elan olunub


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi altında hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker, "Beniz" ləqəbli Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Far.Az oxu.az-a istinadən xəbər verir ki, prokuror Tural Yaqubov təqsirləndirilənə ittiham aktını elan edib.

A.Xəlilova ona qarşı irəli sürülmüş ittihamlarda özünü təqsirli bilməyib.

"İstintaq müddətində müstəntiq məni dinləmədi. Ev mənim öz aldığım evdir. O insan Bakıda almağı təklif etdi, o səbəbdən işinə görə köçməli olduq. Bizim aramızda şantaj və hədə deyilən heç nə olmayıb. Üzümə şahid kimi durdurulan İbadulla və Şöhrətin verdikləri ifadədən belə xəbəri yoxdur, bunlar təzyiqlə alınan ifadələr olublar. Dəfələrlə məndən də işgəncə və zorakılıqla ifadə almağa çalışıblar. Biz oktyabrda ayrılmışıq, noyabrda məndən şikayət edib. Onun məni şantaj etməsinə heç bir əsas olmayıb. Bütün bunları ona təzyiqlə elətdiriblər. Mən ona hədə-qorxu ilə heç nə aldırmamışam, özəl günlərimdə özünün mənə aldığı hədiyyələr olub".

Növbəti proses noyabrın 18-nə təyin edilib.

Xatırladaq ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.

Tiktoker barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər