Azərbaycan və Türkiyə bir-birinin vətəndaşları üçün sığorta xidmətlərini qarşılıqlı tanıyacaq
Türkiyədə səyahət sığortası alan bir vətəndaşın polisini Azərbaycan xəstəxanaları rəqəmsal şəkildə tanıya biləcək.
Bunu Far.Az-ə açıqlamasında Türkiyə Sığorta Birliyinin baş katibi Özgür Obalı bildirib.
"Bu halda həmin şəxs sanki Azərbaycanda sığortalı imiş kimi tibbi xidmət ala biləcək. Azərbaycan vətəndaşı da Türkiyəyə getdikdə eyni imkandan yararlanacaq. Hazırda əcnəbi vətəndaş qəza zamanı xərcləri əvvəlcə cibindən ödəyir, yalnız ölkəsinə qayıtdıqdan sonra sənədləri təqdim etməklə kompensasiya ala bilir. Yeni yanaşma isə vətəndaşa dərhal xidmət göstərilməsini təmin edəcək", - deyə Özgür Obalı vurğulayıb.
Onun sözlərinə görə, inteqrasiyanın həyata keçirilməsi üçün iki əsas addım vacibdir:
"Birincisi, məlumat mübadiləsi, ikincisi isə tənzimləyici orqanlar arasında harmonizasiya. Bu şərtlər yerinə yetirildiyi halda vətəndaş məmnuniyyəti əhəmiyyətli dərəcədə artacaq".
Türkiyə Sığorta Birliyinin baş katibi əlavə edib ki, Azərbaycan tərəfində elektron sənəd dövriyyəsi üzrə proses demək olar ki, tamamlanıb:
"Pasportsuz kimlik keçidlərindən sonra iki ölkənin e-gov sistemlərinin inteqrasiyası istiqamətində də ciddi irəliləyiş əldə olunub. Sığorta bu inteqrasiyanın mühüm hissəsinə çevrilə bilər. Azərbaycan və Türkiyə arasında sığorta xidmətlərinin tanınması Türk dövlətləri miqyasında vahid sığorta ekosisteminin formalaşmasına zəmin yaradacaq".
Artıq bir ilə yaxındır Azərbaycan ilə Türkiyə arasında dövlət portallarının (e-gov) inteqrasiyası istiqamətində işlər aparılır. Bu proses sənəd dövriyyəsindən tutmuş, vətəndaşların şəxsiyyət vəsiqəsi ilə dövlət xidmətlərindən istifadəsinə qədər bir çox sahəni əhatə edir. Nəticədə Azərbaycan vətəndaşları Türkiyədə, Türkiyə vətəndaşları isə Azərbaycanda dövlət xidmətlərindən daha rahat istifadə edə biləcəklər.
Qalereya
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İllər sonra "Aşk-ı Memnu"nun bu aktrisasını GÖRƏNLƏR TANIYA BİLMƏDİ
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"













