Güzəştli şərtlərlə mənzil amaq istəynələr üçün YENİ XƏBƏR
Far.Az xəbər saytı

Güzəştli şərtlərlə mənzil amaq istəynələr üçün YENİ XƏBƏR


Binəqədi, Şirvan və Yevlaxdakı yaşayış komplekslərində mənzillər bu ilin sonuna qədər satışa çıxarılacaq

Far.Az xəbər verir ki, bu barədə "Report"-a Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) bildirilib.

Məlumata görə, növbəti elanın sabah verilməsi və mənzil seçimi prosesinin bu ilin sonuna qədər aparılması nəzərdə tutulur. Satışa Agentliyin əvvəlki layihələri ilə yanaşı, hazırda inşası davam edən Binəqədi, Şirvan və Yevlax yaşayış komplekslərində yerləşən mənzillər çıxarılacaq.

"Vətəndaşların rahatlığı üçün "Güzəştli mənzil" sistemində mütəmadi olaraq təkmilləşdirmə işləri aparılır. Son yeniliklər çərçivəsində sistemin ümumi görünüşü müasir dizaynda yenilənib, qeydiyyat, ilkin razılıq qərarının alınması, mənzil seçimi və gözləmə qaydasında seçim prosesləri ilə bağlı yazılı və video təlimatlar yenilənib. Vətəndaşlar yeni təlimatlarla Agentliyin internet səhifəsi və sosial şəbəkə hesabları vasitəsilə tanış ola bilərlər", - deyə açıqlamada qeyd olunub.

Oxşar xəbərlər

HUAWEI WATCH GT 6 PRO: Sağlam həyat üçün ağıllı yoldaş
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər