"Qarabağ" hücum xəttini onunla gücləndirmək istəyir - YENİ TRANSFER
Ağdamın "Qarabağ" klubu qış transfer pəncərəsi üçün yeni hücumçu axtarışlarını davam etdirir.
Far.Az-in məlumatına görə, klubun diqqət mərkəzində olan əsas namizəd isə Portuqaliyanın ikinci liqasında çıxış edən "Portimonense"nin kapitanı – Tamble Ulisses Folqadu Monteirodur.
24 yaşlı mərkəz hücumçunun "Qarabağ"a keçidi real variant kimi dəyərləndirilir. 1,91 metr boya malik olan forvard başla zərbələrdə və cərimə meydançasında topla davranışda xüsusi ustalığı ilə seçilir.
Monteiro cari mövsümdə Portuqaliya 2-ci liqasında keçirdiyi 8 oyunda 6 qol vurub, həmçinin 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, "Portimonense" klubunda əsas heyətin ayrılmaz hissəsinə çevrilib və komandada kapitanlıq edir.
Millidə də uğurlu çıxış edən Tamble bu il Qvineya-Bisau yığmasının heyətində 8 oyuna 1 qol vurub. O, 2025-ci ilin martında Liberiyaya qarşı keçirilən DÇ-2026 seçmə matçında milli forma ilə debüt edib və elə həmin oyunda fərqlənib.
Futbolçunun "Portimonense" ilə 2028-ci ilə qədər müqaviləsi qüvvədədir, transfer dəyəri isə təxminən 450 min avro (892 min AZN) təşkil edir.
Qeyd edək ki, "Qarabağ" və "Portimonense" arasında əlaqələr bu yay Kamilio Duranın Ağdam klubuna keçidindən sonra xeyli möhkəmlənib. İki komanda arasında əməkdaşlıq barədə razılaşma da əldə olunub. Məhz bu isti münasibətlər sayəsində Tamble Monteironun "Qarabağ"a keçidinin qısa zamanda reallaşacağı gözlənilir.
Əgər transfer baş tutarsa, Monteiro həm gücü, həm də texnikası ilə "Qarabağ"ın hücum xəttinə əlavə dinamika gətirə bilər. Onun oyun stili "Qarabağ"ın hücum fəlsəfəsinə – sürətli ötürmələr və cərimə meydançasında hava mübarizələrinə əsaslanan sisteminə tam uyğun gəlir.
Tamble Monteiro "Académica de Coimbra" akademiyasının yetirməsidir və Portuqaliyanın aşağı liqalarından yüksələrək "Portimonense"nin əsas komandasına qədər gəlib çıxıb.
Oxşar xəbərlər
Bakıda dörd tunel və üç yeraltı piyada keçidi inşa edilir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Neftçi" təcrübəli hücumçu transfer etdi - Vensan Abubakar Bakıda
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub













