Sürücülük vəsiqəsi olmadan maşın sürdü, qadını vurub öldürdü
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi keçən il Xırdalan şəhərində "AAAF Park" yaşayış kompleksinin ərazisində baş verən ölümcül yol qəzası ilə bağlı hökm çıxarıb.
BAKU.WS-in məlumatına görə, sürücülük vəsiqəsi olmadan "Mercedes Benz E200" markalı avtomobili idarə edən qadın piyada qadını vuraraq onun ölümünə səbəb olub.
Məhkəmə təqsirləndirilən şəxsi 5 il azadlıqdan məhrum edib, lakin azyaşlı uşağı nəzərə alaraq cəzanın icrasını 14 yaşına çatanadək təxirə salıb.
Hadisə 7 oktyabr 2024-cü il saat 19:00 radələrində "Bolmart" marketinin qarşısında qeydə alınıb. Təqsirləndirilən şəxs qeyri-rəsmi həyat yoldaşının təkidi ilə sükan arxasına əyləşib. Sürət 10-15 km/saat olsa da, piyada qadın (Vladmirovna) qarşısına birdən çıxdığından avtomobili saxlaya bilməyib. Şok vəziyyətində əyləc əvəzinə qaza basıb və qurbanı bir neçə metr uzağa sürükləyib.
Qurban ağır xəsarətlərlə (dalaq və sidik kisəsinin cırılması, ağciyər kontuziyası, sümük sınıqları) Kliniki Tibbi Mərkəzə çatdırılıb və 18 oktyabr 2024-cü ildə travmatik-hemorragik şokdan vəfat edib. Təqsirləndirilən şəxs etiraf edib ki, əvvəllər dəniz kənarında maşın sürməyi öyrənib, lakin vəsiqəsi olmayıb. Hadisədən sonra təcili yardım çağırıb, müalicə xərclərini ödəyib və qurbanın ailəsi ilə barışıb.
Məhkəmə sübutları əsasında təqsiri tam sübuta yetirib. İttiham Azərbaycan CM-in 263-1.3-cü maddəsi (sürücülük hüququ olmadan yol qaydalarını pozaraq ehtiyatsızlıqdan ölümə səbəb olma) ilə irəli sürülüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Sumqayıt, Xırdalan və Masazırdan Bakıya gələn avtobuslar üçün xüsusi hərəkət zolağı yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













