"Nəfəs aldığımı hiss edə bilmirəm" - Tanınmış cərrahdan ŞİKAYƏT
Sağlamlığı üçün burun əməliyyatına 4 500 manat xərcləyən müəllimənin səhhətində fəsadlar yaranıb.
Far.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət 37 yaşlı müəllimə Günel Məmmədovadan gedir.
O iddia edir ki, problem 3 il əvvəl "Artromed" Tibb Mərkəzində burun-boğaz cərrahı İdrak Əhmədov tərəfindən revizion burun əməliyyatından sonra başlayıb. Ondan əvvəl isə çəpər əyriliyi əməliyyatı olunan Günel Məmmədova iddia edir ki, hər iki əməliyyat fərqli klinikalarda və müxtəlif həkimlər tərəfindən icra olunub. Amma ikinci cərrahiyyə əməliyyatından illər ötsə də, sağlamlığına qovuşa bilmir.
Verilən 8 aylıq vəddən sonra İdrak Əhmədov pasiyentə cərrahi əməliyyat yox, kosmetik dolğu edəcəyini deyib.
Bundan sonra tərəflər arasında münaqişə yaşanıb. Günel Məmmədova prokurorluğa, İdrak Əhmədov isə məhkəməyə müraciət edib.
"Səkkiz aydan sonra dedi ki, gəl, dolğu edək, halbuki, əməliyyata 4 500 manat pul ödəmişəm. Dolğu təklif etdiyinə görə həkimlə aramda konflikt yarandı. Beləliklə, mən Xətai Rayon Prokurorluğuna müraciət etdim. Məsələni ictimailəşdirdiyimə görə İdrak Əhmədov da mənimlə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət edib - şər və böhtan maddəsi ilə şikayət edib. Məhkəmə 4 ay islah işlərinə məhkum edilməyimlə bağlı qərar çıxardı. Mənə, 13 ilin ali təhsilli müəllimi haqqında verilən qərar budur".
Günel Məmmədova iddia edir ki, haqqında çıxan məhkumluq qərarından sonra o, işini də itirib. Mütəxəsssislər əməliyyatın qüsurlu olduğunu desə də, ekspertizanın ikinci rəyində atrofiyanın orqanizmdə baş verən dəyişiklikdən sonra yaranması ilə bağlı rəy verilib.
Vətəndaşın iddiaları ilə bağlı həkim İdrak Əhmədov sualların vəkili Vüsal Hacıyev tərəfindən cavablandırılacağını deyib: "Günel Məmmədova İdrak həkimə yaxınlaşanda ilkin olaraq başqa bir həkim tərəfindən aparılmış əməliyyatın fəsadının aradan qaldırılmasını istəyib. İdrak Əhmədov 9 saata yaxın əməliyyat icra edib. Bundan sonra üstündən bir müddət keçib, Günel Məmmədova yenidən İdrak Əhmədova müraciət edib. Həkimdən pul tələb edib. İdrak Əhmədov pul verməkdən imtina etdikdən sonra Günel Məmmədova Xətai Rayon Prokurorluğuna müraciət edib. Prokurorluq tərəfindən ekspertiza rəyi təyin edilib. İdrak Əhmədovun əməlində cinayət tərkibinin olmadığı müəyyənləşdirib və qərar verilib".
Qeyd edək ki, tərəflər arasında növbəti instansiya məhkəməsi isə dekabr ayına təyin edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həkim olmayan şəxslər invaziv əməliyyat edirlər? - Gündəm olan İDDİALARA CAVABLAR
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Güzəştli şərtlərlə mənzil amaq istəynələr üçün YENİ XƏBƏR
-
Bakıda BIAF 2025 - Bakı Beynəlxalq İncəsənət Festivalının mətbuat konfransı keçirilib
-
Bakı Beynəlxalq İncəsənət Festivalında məşhur özbəkistanlı pianoçu iştirak edəcək
-
122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI
-
Litva Prezidenti Belarus məhsullarının Kalininqrada tranzitinin qadağan olunacağını bildirib
-
Aysel Məmmədova: "Bu festivalda iştirak etmək özünüzə qoyduğunuz ən böyük investisiyadır"













